Haqqımızda

Əziz dostlar!

2006-cı ildə şirkətimiz ölkəmizin neft və nəqliyyat sektorunda işə başlayarkən, bizim ilk öncə bir məqsədimiz var idi: etibarlı və məsuliyyətli podratçı adını qazanmaq. Bu gün qürur hissi ilə deyə bilərik ki, öz məqsədimizə nail olmuşuq.

Son illər, yəni Əsrin Müqaviləsi üzrə hasilatın pay bölgüsündə iştirak edən şirkətlərin tərəfdaşı olduğumuz müddətdə qazandığımız uğurlar partnyor və müştərilərimizin sayının artmasına, beynəlxalq etibar və mötəbər status qazanmağımızla nəticələnmişdir.

Şirkətimiz, “ACDİ” təşkilatının Xəzəryanı bölgələrdə təşkil etdiyi Sahibkarlığın İnkişafına dair Təlim proqramında müvəffəqiyyətlə iştirak etmiş, eləcə də sənədləşdirmə və digər idarəetmə sistemlərinin hərtərəfli audit yoxlanışından keçmişdir.

Bu gün “ Damla Trans Service” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration Caspian Sea Ltd.”, DrillTec Azərbaycan, “BM Logitics”,“CTS Agro”, “Hendricks Reparatur & Service GmbH” (Almaniya) və “AJC Industrial” kimi şirkətlərlə əməkdaşlıq edir. Biz təhlükəli, təhlükəsiz, bərk və maye tipli yüklərin daşınması üzrə layihə və təkliflərin təqdim olunmasını nəzərdə tutan bir neçə irimiqyaslı tenderlərdə uğur qazanmışıq və hazırda da müvafiq müqavilələrə dair üzərimizə götürdüyümüz öhdəlikləri müvəffəqiyyətlə həyata keçirməkdəyik.

Daim genişlənən və yeni fəaliyyət sahələri yaradan şirkətimiz yüksək ixtisaslı işçi heyyətinə malik olmaqla yanaşı bütün zəruri texniki resurslara da malikdir. “ Damla Trans Service” şirkətinin məqsədi – göstərdiyi logistika xidmətləri üzrə müasir beynəlxalq standartlara riayət etməklə daim inkişafa doğru irəliləməkdir.

Bu çətin amma şərəfli yolda bizə dəyərli etimadlarını göstərən bütün tərəfdaş və müştərilərimizə öz təşəkkürümüzü bildiririk!

Haqqımızda