Əziz dostlar!
Şirkətimizin SƏTƏM siyasəti, ətraf mühitə və insan həyatına mənfi təsiri minimuma endirməklə, şirkət daxilindəki və təbiət qarşısındakı öhdəliklərimizi əks etdirir.
Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitə təsirlərin effektiv idarə olunması əldə etdiyimiz uğurun başlıca amillərindən biridir. Məhz bu səbəbdən də Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitlə bağlı proseduraların tətbiqi prosesinə, digər sahələrə olduğu kimi, böyük diqqət və qayğı ilə yanaşırıq.
Əməkdaşların sağlamlığı, onlara təhlükəsiz iş şəraitinin yaradılması üçün aşağıda sadalanan SƏTƏM istiqamətlərinə daima nəzarət edir, müvafiq layihələrin yüksək səviyyədə icrası məqsədilə əzmlə çalışırıq:
- İşçilərin SƏTƏM sahəsində bilik və bacarıqlarının artırılması;
- Baş verə biləcək bütün xoşagəlməz hadisələri əvvəlcədən araşdır-maq, təhlil etmək və qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi;
- Gündəlik fəaliyyətdə müvafiq hüquqi standart və normativlərə riayət olunmasının təmin edilməsi;
- Əməkdaşlarımızın SƏTƏM ilə bağlı sahib olduqları öhdəliklərə tam yiyələnməsinin təmin olunması;
- Fəaliyyətimiz nəticəsində ətraf mühitə dəyə biləcək mənfi təsirin maksimum dərəcədə azaldılması, dəymiş ziyanların aradan qaldırılması.