Xidmətlərimiz

TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI

Təhlükəli yüklər dedikdə, biz insan sağlamlığına və ətraf mühitə ziyan vura biləcək istənilən maddələri başa düşürük: yanacaq maddələri, qazma şlamları, lay suları, yağlı sular və s. Təhlükəli yüklərin daşınmasına cavabdeh komandamız təlim keçmiş, təcrübəli əməkdaşlardan ibarətdir. Bu növ yüklərin daşınması üçün parkımızda ADR tipli (Təhlükəli yüklərin daşınmasına dair Avropa Birliyinin Sazişi) nəqliyyat vasitələrindən ibarət avtoparka, eləcədə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş və müvafiq qaydada təsdiqlənmiş lisenziya və şəhadətnamələrə sahibik. Qeyd etmək lazımdır ki, “ Damla Trans Service” olaraq, biz zərərli maddələrin utilizasiya məsələsinə də çox ciddi diqqət yetiririk və bu tip yükləri birbaşa Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş utilizasiya məntəqələrinə çatdırırıq.

icon1.png xid1.png

TƏHLÜKƏSİZ YÜKLƏRİN DAŞINMASI

“ Damla Trans Service” şirkəti aşağıdakı təhlükəsiz yüklərin daşınmasında yetərincə səriştə və bacarığa malikdir: müxtəlif növ sənaye avadanlıqları, metal və metal qurğuları, tərəfdaş şirkətlərdən sənaye tullantıları və s. Həyata keçirdiyimiz bütün növ daşımalarda olduğu kimi, təhlükəsiz yüklərin daşınmasında da sahib olduğumuz səriştə və peşəkarlığımızı əsirgəmir, sifarişçinin qarşıya qoyduğu meyarlara cavab verməyə çalışırıq.

icon2.png xid2.png

KONTEYNER DAŞIMALARI

Konteyner daşımaları enerji və maliyyə resurslarına qənaət baxımından ən optimal yükdaşıma növüdür. Bu tip daşımalar əlavə anbar sahəsinin və işçi qüvvəsinin cəlb olunmasını xeyli azaltmağa imkan verir. “ Damla Trans Service” olaraq, biz 20, 35, 40 futluq və açıla bilən tent örtüklü konteyner daşımaları həyata keçiririk. Malik olduğumuz maddi-texniki baza və insan resursları imkan verir ki, bütün bu logistik xidmətləri həm ölkə daxilində, həm də TİR əsaslı beynəlxalq daşımalarda həyata keçirək. Konteyner daşınmaları zamanı biz xüsusi texnikalarla standart konteynerləri nəql edilirik. KRONE və SCHMİDT tipli multi-funksional konteyner şassilərimiz müasir daşınmaların ən son tələblərinə cavab verir. Onlar bütöv bir şassi olmaqla istifadədə sadə və uzun müddət istismara yararlı texnikalardır. Bir sözlə, biz başlanğıc nöqtəsindən çatdırılma nöqtəsinədək kompleks daşınma həlləri təklif edirik.

icon3.png xid3.png

ANQAR SAHƏLƏRİ

Şirkətimizin anqar sahələri Bakı şəhəri ərazisindən birbaşa çıxışlarda, neft və qaz sənayesi sahələrinə yaxın ərazidə, Azərbaycan Respublikasının Şimal və Cənub yollarının qovşağında yerləşməklə çox əlverişli coğrafi mövqeyə malikdir. 1000 kvadrat metrdən 2500 kvadrat metrədək sahəyə malik iritutumlu anqarlarımız bütün zəruri texniki parametrlərlə təchiz olunub:

  • Müasir beynəlxalq standartlara cavab verən anbar və işçi obyektlər;
  • Yanğından mühafizə sistemi;
  • Fiber-optik internet xətti;
  • 24/7 rejimində fəaliyyət göstərən sahə mühafizəsi;
  • Ehtiyat su anbarı, elektrik enerjisi mənbələri.
icon4.png xid4.png

NƏQLİYYAT VASİTƏLƏRİNİN İCARƏSİ

“ Damla Trans Service” şirkəti yarımqoşqu ən geniş çeşidli texnikanın, konteyner şassisi və digər nəqliyyat vasitələrinin, eləcə də onların qoşqu/yarımqoşqularının icarəsi xidmətlərini də təklif edir.

İcarəyə təklif etdiyimiz avtopark şirkətimizin bilavasitə balansında olan nəqliyyat vasitələrindən ibarətdir. Bu səbəbdən əmin ola bilərsiniz ki, illər boyunca yüksək keyfiyyətli xidmətdən yararlanacaqsınız.

Avtoparkımızda əsasən Mercedes, Volvo, MAN və Daf markaları olmaqla müxtəlif növ vakuum, badya daşıyan, qarmaqlı avtomobil, tanker tipli, platforma tipli, yüngül yük maşını, konteyner daşıyan və yanacaq daşıyan avtomaşınlar mövcuddur.

icon5.png xid5.png

TEXNİKİ XİDMƏT

Şirkətimiz aşağıdakı növ texniki xidmətləri həyata keçirir: avtomaşınların hərəkət mexanizmlərinə, elektron sistemlərinə və ölçü qurğularına, hidravlika və pnevmatika sistemlərinə baxış, onların təmiri, eləcə də qəzaya uğramış nəqliyyat vasitələrinin bərpası. 

Qeyd etmək yerinə düşər ki, biz çən avtomobillərinin təmiri sahəsində ixtisaslanmış ən tanınmış və ən təcrübəli Alman şirkətlərindən olan “Hendricks Reparatur & Service GmbH & Co.” şirkətinin Azərbaycanda eksklüziv agentiyik. 

Alman ekspertləri tərəfindən təlim keçmiş mütəxəssislərimiz yanacaq daşıyan maşınların elektron idarəetmə sistemlərinin və ölçü qurğularının quraşdırılması, hidravlik nasosların və idarəetmə qurğularının montajı işlərini yüksək səviyyədə yerinə yetirməyə qadirdir. 

Bu istiqamətdə göstərdiyimiz fəaliyyət çərçivəsində geniş çeşidli ehtiyat hissələrinin birbaşa Almaniyadan təchiz olunmasını da öz öhdəmizə götürürük. Həmçinin, Almaniyadan xüsusi yanacaq daşıyan maşınların müştərilərimizin sifarişi əsasında Azərbaycana gətirilməsini də təmin edirik.

icon6.png xid6.png